3 dekabr 2010 18:42
Ramin Musayev: Bəzi məşqçilər əvəzediciləri öz məqsədləri üçün istifadə edirlər
PFL-də 2009/10 mövsümündə əvəzedicilər arasındakı ölkə çempionatı qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, qızıl medalı İnter və Qəbələ`ni qabaqlayan Qarabağ qazanıb. Sözügedən klublar öz mükafatlarına da məhz bu gün qovuşublar.
Mükafatlandırma mərasimində PFL rəhbəri Ramin Musayev bunları bildirib: "Mükafatları oyundan sonra meydanda təqdim etmək istəyirdik, ancaq işin çoxluğundan bunu çatdırmadıq. Heç olmasından, gec olması yaxşıdır. Bəzi məşqçilər əvəzediciləri öz məqsədləri üçün istifadə edirlər. Bizm istəyimiz budur ki, orada yerli gənc oyunçular oynasın. Mövsüm maraqlı alındı və hər bir klub layiq olduğu yeri tutdu".
