3 dekabr 2010 19:48
Arif Əsədov: AZAL ilə görüş 6 xallıq oyundur
Premyer Liqanın lideri Neftçi klubunun baş məşqçisi Arif Əsədov AZAL ilə keçirəcəkləri növbəti oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az-a açıqlamasında paytaxt təmsilçisinin çalışdırıcısı bunları dilə gətirib:
“Biz bu oyun ərəfəsində normal hazırlıq keçə bilmişik. AZAL ilə oyun bizim üçün turnir cədvəli baxımından çox əhəmiyyətlidir. Bu, iki lider komanda arasındadır. Belə oyunları da adətəb 6 xallıq qarşılaşma adlandırırlar. Bizə qələbə lazımdır və ancaq bu məqsəd uğrunda çalışacağıq”.
