3 dekabr 2010 21:28
Elvin Məmmədov Qarabağ`ı Schalke və Galatasaray`la müqayisə etdi
Qarabağ`ın və millimizin yarımmüdafiəçisi Elvin Məmmədov komandasının son uğursuzluqlarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində təcrübəli orta sahə oyunçusu bunları vurğulayıb:
“Belə uğursuzluq hər bir komandada ola bilər. Almaniyada Schalke kimi klub son pillələrdə gedir. Türkiyənin ən güclü klublarından olan Galatasaray görün haralardadı? Biz demirik ki, uğursuzluqlarımız alqışlanmalıdı. Sadəcə bu dərəcədə təzyiq olmamalıdı. İnşallah, biz bu uğursuz zolaqdan çıxacağıq. Çünki əvvəllər də belə hallar olub və toparlanıb, sonda öz sözümüzü demişik”.
