3 dekabr 2010 11:39
AFFA-nın rəsmi sığortaçısı olacaq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Paşa Sığorta arasında aparılan danışıqlar müsbət nəticələnib və Paşa Sığorta AFFA-nın rəsmi sığortaçısı olacaq. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilir ki, bu ay ərzində AFFA ilə Paşa Sığorta arasında müqavilə imzalanacaq. Lakin hələlik müqavilənin imzalanacağı tarix barədə əlavə məlumat verilmir.
