3 dekabr 2010 12:02
Millimiz yoldaşlıq oyunu keçirəcək
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində dekabrın 5-də 19 yaşadək futboçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Neftçi klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşacaq.
AFFA tərəfindən Mərdəkandakı Dalğa İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda keçiriləcək oyun saat 11:00-da başlayacaq.
