3 dekabr 2010 12:06
PFL bu gün 3 klubu mükafatlandıracaq
Bu gün 2009-2010-cu il mövsümü üçün Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının qaliblərinin mükafatlandırılması mərasimi baş tutacaq. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq və saat 18:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir.
Xatırladaq ki, ötən mövsüm nəticələrinə əsasən əvəzedici heyətlərin çempionatında Qarabağ birinci, İnter ikinci, Qəbələ klubu isə üçüncü pilləni tutmuşdu.
