3 dekabr 2010 12:28
Galatasaray`ın yeni stadionunda 3-cü ölüm hadisəsi (FOTO)
Türkiyənin Seyrantəpə bölgəsində yeni stadion inşaat etdirən Galatasaray növbəti faciə ilə sarsılıb. Azerisport.az xəbər verir ki, Türk Telekom Arena adlı həmin stadionda çalışan bir işçi, yüksəkdən düşərək həyatını itirib.
Cihan Gayretli adlı işçinin qaçarkən, müvazinətini saxlaya bilməyib, yıxıldığı xəbər verirlir. İş yoldaşları isə onun belə faciəylə üzləşməsindən bir qədər gec xəbər tutub. İşçinin cəsədi təxminən yarım saat sonra tapılıb.
Maraq üçün xatırladaq ki, Türk Telekom Arena`da 4 ay öncə də torpaq axıntısı zamanı iki işçi həyatını itirmişdi.
