3 dekabr 2010 12:46
UEFA teleyayım hüququnu AFFA-dan 8 milyona alır
UEFA 2016-cı ildə keçiriləcək Avropa və 2018-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələ oyunlarının yayım hüququnun quruma üzv olan 53 ölkənin futbol federasiyalarından alınmasına qərar verib. Azerisport.az xəbər verir ki, bunun əvəzində federasiyalara kompensasiya ödəniləcək.
Buna görə isə, federasiyaya üzv olan ölkələr üç təbəqəyə bölünüb. Reytinqi aşağı olan 25 federasiyaya 8 milyon avro, reytinqi orta olan federasiyalara isə 13 milyon avro kompensiyaya veriləcək. Elit təbəqəyə aid olan federasiyalar isə daha yüksək məbləğli kompensasiya almalıdır. Amma federasiyalar reklamın yerləşdirilməsindən gələn gəlirlərin 40 faizini özündə saxlayacaq.
AFFA da kateqoriyasına uyğun olaraq, çox güman ki, UEFA-dan 8 milyon avro alacaq.
