3 dekabr 2010 12:53
Beşiktaş`ın Valencia`nın hücumçusuyla güclənəcəyi xəbəri təsdiqləndi
Beşiktaş`ın baş məşqçisi Bernd Şuster bu günlərdə yayılmağa başlayan Manuel Fernandes xəbərlərini təsdiqləyib. Azerisport.az xəbər verir ki, Türkiyə mətbuatı İspaniyanın Valencia klubunda top qovan bu hücumçunun İstanbul klubuna keçəcəyini iddia etmişdi. Nəhayət dünən almaniyalı mütəxəssis onların bu informasiyasının doğru olduğunu dilə gətirib:
“Hazırda rəsmilərimiz transfer çalışmalarını davam etdirirlər. Hələlik bu ana qədər Manuel Fernandes ilə anlaşıldığını bilirəm”.
