4 dekabr 2010 13:22
İngiltərədə şok istefa!
İngiltərə Futbol Federasiyasının prezidenti Rocer Burden istefaya gedib. Azerisport.az xəbər verir ki, onun bu vəzifədə fəaliyyətini dondurmasına 2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahipliyi şanslarını itirmələri səbəb olub.
Məhz bu uğursuzluğun ardından FIFA rəsmilərinə daha artıq inana bilməyəcəyini əsas gətirən Rocer Burden qərarını belə izah edib: “Güvənə bilməyəcəyim insanlara baş qoşmağa hazır deyiləm. Namizədliyimi geri götürürəm”.
Burden eyni zamanda Rusiyanın qazanmasına heç bir etirazının olmadığını da əlavə edib: “Rusiyanın qazanması ilə əlaqəli bir problemim yoxdu. Onların gözəl bir dünya çempionatı təşkil edəcəklərinə əminəm”.
