4 dekabr 2010 13:32
Rəşad Sadıqov: Emin Mahmudov Azərbaycan millisinə kömək edə bilər
Millimizin kapitanı Rəşad Sadıqov Rusiyanın Saturn klubunda forma geyən azərbaycan əsilli futbolçu Emin Mahmudovla bağlı fikirlərini açıqlayıb. Türkiyənin Eskişehirspor klubunun təcrübəli müdafiəçisi hesab edir ki, Mahmudov hazırda Rusiya vətəndaşlığını daşısa da, onu millimizin sıralarına qatmaq olar:
“Mənim fikrimcə, o, bizim yığmamıza kömək edə bilər. Bilirəm ki, Emin Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında forma geyib. Ancaq özü istəsə, əsas seçimini məhz Azərbaycanla bağlı edə bilər. Belə oyunçular futbolumuza lazımdı”.
