4 dekabr 2010 13:49
Roberto Karlos Türkiyə futbolunun çatışmazlıqlarından danışdı
Braziliya millisinin sabiq üzvlərindən olan ulduz futbolçu Roberto Karlos Türkiyə futbolu və keçmiş klubu Fenerbahçe ilə bağlı maraqlı və diqqətçəkən açıqlamalar verib. Azerisport.az xəbər verir ki, onun xüsusilə klub prezidenti Əziz Yıldırım ilə bağlı dediyi fikirlər maraq doğurur.
Türkiyədə oynadığı dönəmdə çox xoşbəxt olduğunu deyən Karlos, buna rəğmən qardaş ölkə klublarının həvəskar düşüncə tərziylə çalışdığını iddia edib: “Rəhbərlik həvəskar təsiri bağışlayır. Prezident və digər rəhbərlərin münasibəti, hərəkətləri məni çox üzdü. Əziz Yıldırım prezident kimi yox, atam kimi münasibət göstərirdi”.
Daha sonra Zikonun uzaqlaşdırılmasına münasibət bildirən Karlos, bu mövzuyla da bağlı diqqətçəkən açıqlamalar verib: “Məncə, Ziko heç də pis deyildi. O, hətta Araqones və Daumdan da fərqli biriydi. Ancaq komanda içində bəzi yoldaşlarımız ona lazımı dəstəyi vermək istəmədi. Arxasında duran olmayınca və destek görməyincə də yollar ayrıldı. Ziko qalsaydı, daha böyük işlər görə biərdik və yəqin ki, mən də orda qalardım. Hətta bəlkə futbolu da Fenerbahçe’də buraxardım”.
Bir il daha Corinthians’da oynadıqdan sonra ABŞ-a gedib, il yarım orda da oynamağı düşünən canlı əfsanə hələ də Fenerbahçe'dən bir milyon avro alacağının olduğunu, lakin bunu həll edə bilmədiyini də vurğulayıb.
