4 dekabr 2010 14:09
Rasim Kara Qus Hiddinkin işinə qiymət verdi
Vaxtilə Xəzər Lənkəran və Qarabağ klublarının keçmiş baş məşqçisi Rasim Kara AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən biri olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin işinə qiymət verib. Azerisport.az xəbər verir ki, hazırda Türkiyə Futbol Federasiyasında çalışan təcrübəli mütəxəssis bunları vurğulayıb:
“Hiddinkin karyerasını müzakirəyə etməyə heç bir gərək yoxdu. Getdiyi hər ölkədə uğur qazanmış bir mütəxəssisdir. Mənim də millidə çalışdığım dövrdə biz Türkiyəni dolaşmışdıq. Ölkə daxilində və xaricində seçimlər aparmışdıq. Məhz o seçimlərin nəticəsində Rüştülər, Ergün Pənbələr əsas milliyə yüksəldi. Hiddinkin qurduğu son heyət də məhz həmin siyasətin bir davamı kimidir. Komandanı gəncləşdirməsi yerində atılmış addımdır”.
