4 dekabr 2010 16:18

Ramin Musayev: Elə etmək lazımdır ki, azarkeş qəzəblənsin

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az-a müsahibəsində cari mövsümün gedişi, hakimlikdən narazılıqlar, hücumçuların yoxluğu və azarkeşlərin mübarizəsindən danışıb.
 
- Artıq Premyer Liqada 15 tur arxada qalıb. Hazırkı vəziyyətdən razısız?
- Suala sualla cavab verəcəyəm. Bəs siz mövsümdən razısız? Siz necə hesab edirsiniz, mən razı olmalıyam?
 
- Bəzi çatışmazlıqları istisna ilə pis çempionat deyil.
- Mən də məmnunam. Çünki turnirdə kifayət qədər yaxşı xarici məşqçilər olduğu kimi, futbolçular da var. Kimin nə deməyindən asılı olmayaraq indi hakimlik səviyyəsi əvvəlkilərdən yüksəkdir. Siz yəqin İspaniya çempionatının Barcelona - Real oyununa baxmısınız. O oyunda hakim təmiz penaltini qeydə almadı, oyunçunu vaxtında meydandan qovmadı, qol vurulan epizodda oyundankənar vəziyyəti nəzərə almadı. Biz həm də öz növbəmizdə çalışırıq ki, bir hakim səhvindən klub əziyyət çəkməsin.
 
- Siz ən çox nədən razısınız?
- Bütün bunlarla yanaşı, mən həmişə deyirəm ki, məni bizim məşqçilər sevindirir. Ötən mövsüm AZAL “altılığa” düşmədi. Ancaq bu mövsüm Premyer Liqada qələbə uğrunda mübarizə aparır. Baxın, görün Nazim Süleymanov komandanı necə çalışdırır. Məni həmçinin sevindirir ki, Arif Əsədovun Neftçi`si çempionatda liderlik edir. Bundan başqa, onlarla birgə Qurban Qurbanov təcrübəli Avropa mütəxəssisləri ilə rəqabət apara biləcək səviyyəyə çatıb.
 
- Son vaxtlar klublar hakimlikdən yaman narazıdırlar...
- Mən də klubda işləmişəm və bilirəm ki, bu halda hər şey necə gərgin olur. Ad çəkməyəcəyəm, amma elə klub rəhbərləri var ki, futbolun nə olduğunu heç bilmirlər. Fasiləsiz şikayət edirlər. Biz onları müzakirələrə dəvət edirik. Gəlmirlər. Oyunları təhlil edirik, heç nə görmürük. Bu yaxınlarda oyunların birindən sonra hər iki komanda şikayət etmişdi. Hər biri hakimlər briqadasını qabaqcadan oyunun taleyini həll etməkdə təqsirləndirirdi. Bütün bunlar futbolu bilməməkdən irəli gəlir. Necə olur ki, məşqçi və oyunçular hakimlikdən razı qalır, klub rəhbərləri isə yox?
 
- Belə klub rəhbərləri nəyi güdür?
- Özlərinə reklam etmək və hamının gözü qabağında olmaq istəyirlər. Bu, bütün klub rəhbərlərinə aid deyil, amma onlar arasında belələri də var. Mətbuat isə onlara meydan verir.
 
- Bombardirlər arasında yerli oyunçuların olmaması faktı sizi PFL rəhbəri kimi narahat etmir?
- Bununla heç nə etmək olmaz. Hələ ki ölkədə legionerlərlə rəqabət apara biləcək hücumçular yoxdur. Sizə bir sual verəcəyəm: Azərbaycan yığmasının hücumçuları var?
 
- Bu müstəvidə müəyyən problemlər müşahidə olunur.
- Mən deyərdim ki, ölkədə yaxşı hücumçular yoxdur. Biz milli komandadan qələbə gözləyirik. Ancaq bizim heç Qurban Qurbanov kimi hücumçumuz da yoxdur ki, müəyyən anlarda oyunu öz üzərinə götürə bilsin.
 
- Axı PFL bu yöndə işləməli olan bir təşkilatdır...
- Biz əvəzedicilərin çempionatını yaratmışıq ki, əsas komandaya keçməzdən əvvəl onlar özlərini burda göstərə bilsinlər. Birinci divizion yaradılıb. Orda klubların sayı artırılıb. Biz futbola Gəncə, Şəmkir, Şuşa kimi şəhərləri qaytarmışıq. Belə komandaların dirçəlməsi bu regionlardan olan uşaqların futbolla ciddi məşğul olmasına imkan verir. PFL bundan başqa nə etməlidir?
 
- Bir çox KİV-də keçmiş hakim Babək Quliyevin bağışlana biləcəyi mövzusunda fəal yazırlar.
 - Bu cür şayiələrin haradan yarandığını bilmirəm. Ancaq bizim Babək Quliyev ilə heç bir problemimiz yoxdur. Mən heç vaxt onun peşəkar imkanlarına şübhə etməmişəm. Onun qayıdışına gəlincə bu, bizim səlahiyyətimizdə deyil.
 
- Bu mövsüm aparıcı klubların azarkeşləri arasında müxtəlif üsullarla aparılan mübarizə gedir.
- Bu olmalıdır. Belə şeylər oyunun özünə maraq yaradır. Əlbəttə, çox vacibdir ki, bu, əlbəyaxa və təhqirə çatmasın. Çünki, futbola zərif cins də getməyə başlayıb. Elə lövhələr asmaq lazımdır ki, azarkeş qəzəblənsin və gülsün. Bu harada yoxdur ki? Ancaq futbol olmayan ölkələrdə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.