4 dekabr 2010 16:29
Arif Əsədov: Elə bil Neftçi kiminsə düşmənidir
Neftçi`nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 16-cı turu çərçivəsində bu gün keçirilən AZAL ilə oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı qolsuz heç-heçə ilə başa çatan oyundan sonra bunları dilə gətirib:
“Hər iki komandanı gözəl oyuna görə təbrik edirəm. Gərgin mübrizənin şahidi olduq. Demək olar ki, bərabər oyun oldu. Ancaq ikinci hissədə biz daha yaxşı oynadıq. Qalib gələ bilmədiyimiz üçün təəssüflənirəm. Çünki iki xal itirdik. Bizə qarşı son turlar çox aqressiv oynayırlar. Elə bil ki, Neftçi xalq komandası yox, kiminsə düşmənidir”.
