4 dekabr 2010 16:33
Nazim Süleymanov: Hakim təmiz penaltimizi vermədi
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 16-cı turu çərçivəsində bu gün keçirilən Neftçi ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təyyarəçilərin çalışdırıcısı qolsuz heç-heçəylə başa çatan görüşdən sonrakı mətbuat konfransında bunları söyləyib:
“Mən Arif Əsədovla qətiyyən razı deyiləm. Biz hamımız Neftçi`ni sevirik. Futbol mübarizə oyunudur. Bu günkü oyunda qalib gələ bilməsək də, meydanda mübarizə var idi. Yaradılan qol vəziyyətlərindən istifadə edə bilmədik. Fikrimcə biz bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. Hesab edirəm ki, hakim təmiz penaltimizi vermədi. İkinci hissədə müdafiəyə çəkilməyimiz taktiki gediş idi. Oyun boyu azarkeşlər, futbolçular aqressiv ola bilər. Lakin yalnız meydanda”.
