4 dekabr 2010 16:37
Rıdvan Dilmən: Türkiyə millisindən təklif gəlsə, düşünmədən qəbul edərəm
Türkiyənin tanınmış futbol şərhçisi Rıdvan Dilmən ölkəsinin milli komandasında baş məşqçi işləmək istədiyini deyib. Azerisport.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, o, təklif gələrsə düşünmədən yığmanın sükanı arxasına keçə biləcəyini deyib. Bundan əlavə, o, özünü Türkiyə tarixinin ən istedadlı futbolçusu adlandırıb.
