4 dekabr 2010 17:00
Qurban Qurbanov İnter üzərində qələbəni ədalətli hesab etmir?
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 16-cı turu çərçivəsində bu gün keçiriləm İnter ilə oyun haqda fikirlərini paylaşıb. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı minimal hesablı qələbə qazandıqları görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Çox çətin oyun oldu. Hər iki komandada gərginlik hiss olunurdu. Çünki həm bizə, həm də İnter`ə qələbə lazım idi. Bəlkə də oyunun ədalətli nəticəsi heç-heçə olardı. Lakin belə güclü rəqiblə oyunda qələbə qazandıq. Uşaqları qələbə münasibətilə təbrik edirəm. Ancaq bizə daha çox işləmək lazımdır ki, belə günlərimiz daha çox olsun. Düşünürəm ki, get-gedə çatışmazlıqları aradan qaldıracağıq”.
