4 dekabr 2010 17:08
Sxadadze Qarabağ`a məğlubiyyətin səbəbini açıqladı
İnter`in baş məşqçisi Kaxaber Sxadadze bu gün Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən Qarabağ ilə səfər oyunundakı məğlubiyyətin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Çox çətin oyun oldu. Belə oyunlarda çox qol vurulmur. Bir qol oyununu taleyini həll edir. Standart vəziyyətdən qol buraxdıq. Öz qol vəziyyətlərimizdən isə istifadə edə bilmədik. Bir epizodda hətta bizim oyunçunun topu dirəkdən döndü. Halbuki o epizodda qol olmalıydı. Düşünürəm ki, bu gün bəxt bizim tərəfimizdə deyildi. Ona görə də məğlub olduq. Baxımlı oyun alınmasa da, meydanda mübarizə var idi”.
