4 dekabr 2010 17:43

Şahin Diniyev: Azərbaycan yığması DÇ-2018-də olmayacaq

Qroznı Terek`inin keçmiş baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində Rusiyada keçiriləcək futbol üzrə DÇ-2018-dən və Azərbaycanın turnirdə mümkün iştirakından danışıb.
 
- FIFA-nın üstünlüyü Rusiyaya verəcəyini gözləyirdiniz?
- Kimin üçünsə bu gözlənilməz oldu, ancaq şəxsən mən, bir neçə il bu ölkədə işləmiş adam kimi bunu gözləyirdim. Rusiyada hansı dəyişiklərin baş verdiyini görürdüm. Soçinin 2014-cü ildə keçiriləcək Qış Olimpiya oyunlarına məkan seçilməsi bu yöndə müsbət təkan oldu. Rusiya böyük və varlı ölkədir. Əlbəttə, bəzi şübhələr vardı. Axı onların rəqibləri İngiltərə, həmçinin, İspaniya və Portuqaliya kimi ölkələr idi.
 
- Hansı şübhələr?
- Məsələ bundadır ki, bu ölkələrdə infrastruktur artıq var. Rusiya isə hələ bunu yaratmalıdır. Hər şeyi dövlətin güclü dəstəyi ilə reallaşdırmaq mümkün oldu. Hal-hazırda ölkə hələ buna hazır deyil. Ancaq hazırlığa vaxt kifayət qədərdir. Onların pulları var və demək, problem olmayacaq.
 
- Rusiya baş naziri Vladimir Putin qeyd edib ki, infrastrukturları özəl investorların hesabına yaradacaq.
- Əlbəttə, dövlət bunu tək edə bilməz. Biznesmenlər üçün şərtlər yaradılacaq. Yeri gəlmişkən, investorlar bundan maddi planda irəli düşəcəklər.
 
- Rusiyanın ikinci adamının sözlərinə görə, az qala qeyri-rəsmi sponsor Abramoviç olmalıdır.
- Abramoviçin Chelsea`si və bir neçə alt komandası var. Bütün bunlar onun futbola yaxın adam olmasından irəli gəlir. Onun beynəlxalq iş təcrübəsi var.
 
- Siz artıq Soçidə Uruqvay və Fransa yığmaları arasında oyunu misal çəkdiniz.
- Ola bilsin ki, belə şəhərlərdən biri Qroznı olsun. Yaxın illərdə orada 30 min yerlik futbol kompleksi tikiləcək. Kadırovun özündən eşitmişəm ki, o, Qroznıda heç olmasa bir oyunun keçirilməsini istəyir. Dörd il sonra mundialın keçiriləcəyi Braziliyada daha bərbad infrastrukturları olan şəhərlər var.
 
- Çətin ki, Braziliyanın Rusiyanın problemləri kimi problemləri var. Məsələn, hələ nəqliyyatla bağlı sualı həll etmək lazımdır.
- Bu yöndə əsas problemlər Moskvada müşahidə olunur. Ancaq bu, həlli mümkün problemdir. Nə isə fikirləşəcəklər.
 
- Azərbaycan yığması bu DÇ-yə gedə biləcək?
- Hələ bu, real görünmür. Buna 20-30 il əvvəlcədən hazırlaşmaq lazımdır. Əlbəttə, təəssüf, ancaq biz orda olmayacağıq.
 
- Yığmanın indiki oyunçulardan kim heç olmasa ora düşmək üçün mübarizə apara bilər?
- Bizim komandanın özəyi orada olmayacaq. Ancaq bəzi oyunçular oynayacaqlar. Yəqin ki, Vaqif Cavadov, Elvin Məmmədov bu komandada olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.