4 dekabr 2010 17:53
Mirça Rednik: AZAL kimi, bizim də bəxtimiz gətirdi
Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik bu gün keçirilən Premyer Liqanın 16-cı turunun Turan ilə səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 2:1 hesablı qələbə qazandıqları oyundan sonrakı mətbuat konfransında bunları dilə gətirib:
“Qarşımızda nizamla oynayan, sonadək mübarizə aparan komanda var idi. Turan`a qarşı oynamaq çox çətin idi. İstənilən halda 3 xalı qazandıq, qalib gəldik. Neftçi`nin burada xal itirdiyini və AZAL komandasının bəxt sayəsində qalib gəldiyini də unutmamalıyıq. Ola bilsin ki, bəxt bu gün bizim də tərəfimizdə idi. Komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
