4 dekabr 2010 18:03
Revaz Dzdodzuaşvili: Klub prezidenti əsasən gənc futbolçulara üstünlük verir
Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili Premyer Liqanın 16-cı turu çərçivəsində bu gün qarşılaşdıqları Xəzər Lənkəran`la oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis 1:2 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“Komandamızın prezidenti əsasən gənc futbolçulara üstünlük verir. Onların gələcəkdə yaxşı futbolçu olması üçün çalışır. Bu gün çempionluğa iddialı komanda ilə qarşılaşdıq. Komandamız öz potensialını ortaya qoydu, təəssüf ki, qələbə qazana bilmədik. Ümid edirəm ki, gələcəkdə də komandamız belə oynayacaq və qələbə qazanacaq. Hər iki komandaya uğurlar arzulayıram”.
