4 dekabr 2010 18:08
Toni Adams: İlk qoldan sonra oyunun axarı dəyişdi
Qəbələ`nin baş məşqçisi Toni Adams bu gün keçirilən MOİK ilə səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubuyla oyundan sonra ingiltərəli mütəxəssis bunları vurğulayıb:
“Çox çətin oyun oldu. MOİK komandası nizamlı oynadı. İlk dövrədəki oyunumuz qolsuz heç-heçə ilə başa çatmışdı. Bugünkü qarşılaşma da çətin keçirdi. Lakin ilk qoldan sonra oyunun axarı dəyişdi. Meydança bərbad vəziyyətdə idi. Belə meydanda baxımlı oyun göstərmək mümkün deyil”.
