4 dekabr 2010 18:12
Ramil Əliyev: Müdafiədə kobud səhvlər etdik
MOİK-in baş məşqçisi Ramil Əliyev bu gün keçirilən Qəbələ ilə oyun haqda düşüncələrini paylaşıb. Azerisport.az xəbər verir ki, 3 cavabsız qolla yenilgiyə “hərbçilər”in çalışdırıcısı belə münasibət bildirib: “İlk qol həlledici oldu. Müdafiədə kobud səhvlər etdik, əks-hucümda qol buraxdıq. Öz yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Qəbələ`yə uğurlar arzulayıram”.
