4 dekabr 2010 18:46

Bəxtiyar Musayev: 10 xal fərqi ilə turnir cədvəlinə başçılıq edə bilərik, amma...

Neftçi`nin məşqçisi Bəxtiyar Musayev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, son dövrlər paytaxt klubuna yönələn bir sıra ittihamları cavablayıb:
 
“Bu gün Neftçi`də oynayan Cavid Hüseynov, Ruslan Abışov, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Araz Abdullayev, Amit Quluzadə və digərləri Azərbaycan futbolunun yaxın gələcəkdə uğurlu tarixini yazmağa qadir olan futbolçulardır. Biz məşqçilər korpusu işimizdə də bu amillərə daha çox üstünlük veririk. Biz də başqa klublar kimi daha çox legioneri heyətimizə qatıb, çox sakit tərzdə oyunlarımızı keçirərək, 10 xal fərqi ilə turnir cədvəlinə başçılıq edə bilərik. Amma həqiqət budur ki, Neftçi yerli futbolçulara da üstünlük verir”.
 
Musayev daha sonra qazanılan uğurları əsas gətirərək, düzgün yolda olduqlarını qeyd edib: “Çox təəssüf ki, Neftçi`yə qarşı boş-boş, mənasız, cəfəngiyyat dolu fikirlər səsləndirirlər. Amma bu bir faktdır ki, Neftçi hal-hazırda hamıdan çox qol vurub, hamıdan az top buraxıb və bu uğurlar da təcrübəli legionerlərlə yanaşı, əsasən gənc futbolçuların hesabına qazanılıb. Yanlış fikirlər səsləndirənlərə isə üzümü tutub deyirəm ki, Neftçi` düzgün yoldadır və bu yoldan bizi heç kim döndərə bilməz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.