4 dekabr 2010 19:24
Bahodir Nasimov: Mənə qarşı açıq-aşkar kobudluq edirlər
Premyer Liqanın bombardiri Bahodir Nasimov AZAL – Neftçi oyunundan sonra paytaxt klubunun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o da rəqiblərin kobud oyunundan şikayətçidir:
“Artıq neçə oyundur ki, rəqib komandaların müdafiəçiləri mənə qarşı açıq-aşkar kobudluq edirlər. Bu gün AZAL-la qarşılaşmada da arxadan vurulan zərbə nəticəsində zədələndim. Mən vurduğum qollarla, göstərdiyim oyunla yalnız Azərbaycan futbolunun inkişafı üçün tər tökürəm. Təəssüflər olsun ki, hakimlər nəinki vəhşilik edən rəqib futbolçuları cəzalandırmır, heç cərimə zərbəsi belə təyin etmirlər. Bu cür hallara göz yummaq olmaz! FİFA da, UEFA da hakimlərə tövsiyə edir ki, peşəkar futbolçulara yaraşmayan hərəkətləri edən oyunçulara hakimlər dərhal cəza tədbirləri görməlidirlər”.
