5 dekabr 2010 00:00
XL-nın turu və ya Qarabağ qara zolaqdan çıxdımı?
Premyer Liqanın 16-cı turunun iki oyunu bu gün keçirilməli olsa da, hesabat turunda əsas dəyişikliklərə səbəb olacaq qarşılaşmaların demək olar ki, hamısı baş tutdu. Azerisport.az xəbər verir ki, zirvə uğrunda mübarizə aparan Neftçi və AZAL öz aralarındakı münasibətlərə aydınlıq gətirdiyi gündə, digər əsas rəqibləri Xəzər Lənkəran, həmçinin Qarabağ və İnter də növbəti oyununu keçirmiş oldu.
Təbii ki, Qarabağ – İnter görüşü az maraq doğurmasa da, şənbə keçirilən oyunlar arasında əsas diqqətlər məhz paytaxt derbisinə yönəlmişdi. Neftçi 6 xallıq oyun kimi dəyərləndirilən matçda qələbə qazanmaqla, ən azı bir rəqibindən xeyli aralanmaq imkanına malik idi. AZAL isə əksinə, bu rəqibinə çatmaq istəyində idi.
Hər halda tərəflərin bu yolda barışmaz mübarizəsi alqışlanmağa dəyər. Düzdü, qapılara qol vurulmasa da, ən azından meydandakı mübarizəyə görə, hər iki paytaxt təmsilçisinə təşəkkür etmək lazımdı. Lakin bunu həm matçın gedişində, həm də 90 dəqiqənin tamamında baş verən bir sıra olaylara aid etmək olmur.
AZAL ilə Neftçi`nin itirdiyi turda əsas qabağa düşən XL oldu. Həmin XL ki, Tovuzda bir qədər çətin qələbə qazandı. Təbii ki, Turan doğma meydanda hər bir rəqibinə qarşı daha layiqli müqavimət göstərməsi ilə seçilir. Lakin cənubluların son illərdə bu rəqibini bir qayda olaraq məğlub etməsi bu dəfə də ciddi sensasiyanın yaşanmayacağına dair ehtimalları sürətləndirirdi. Axı bunun üçün yetərincə səbəb vardı. Əvvəla Turan heç də yaxşı günlərini yaşamır və gənclərdən ibarət heyətlə gələcəyin komandasını yaradır. XL isə çempionluğa oynadığını gizlətmir. Elə çətin də olsa, qazanılan qələbə qanunauyğun hesab oluna bilər.
İlk üçlükdəki komandaların əsas izləyicisi İnter`i isə çətin sınaq gözləyirdi. Son çempion axırıncı 3 oyunundan məğlubiyyətlə ayrılan Qarabağ`ın qonağı idi. Ağdam klubunun son illərdə heç də arzuolunan rəqiblərdən sayılmayan bankirlər`lə dueldə qələbəyə sevinəcəyi öncədən elə də inandırıcı görünmürdü. Axı İnter də son turda Muğan`a məğlub olmuşdu və bəraət qazanmışdı. Ancaq Qurban Qurbanovun yetirmələrinin də dediyi kimi, 3 xalı qazanmaq onlara daha çox lazım idi və 90 dəqiqənin tamamında da bunun şahidi olduq. Bəs görəsən bu qələbə Qarabağ`ın qara zolaqdan çıxması üçün yetərli olacaqmı?
Cari mövsümə çox pis başlayan, son dövrlərdə isə məğlubiyyət tanımayan Qəbələ ilə autsayder MOİK arasındakı qarşılaşmanın nəticəsi tam gözlənilən oldu. Bu komandalar arasında ilk dövrədə keçirilən oyunda heç-heçə qeydə alınsa da, artıq öz oyununu tapan Toni Adamsın yetirmələri bu dəfə eyni səhvə yol vermədi. Qəbələlilərin bu uğurlu seriyasının hara kimi davam edəcəyi maraq doğurmaya bilməz...
Azərbaycan Premyer Liqası
16-cı tur
MOİK - Qəbələ - 0:3 (0:2)
Qollar: Deon Barton, 41 (0:1). Bruno da Silva, 44 (0:2). Deon Barton, 89-pen. (0:3).
Sarı vərəqələr: Zaur Məmmədov, 62; Natiq Əkbərov, 88.
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Zeynal Zeynalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2010. Saat 14:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 200 tamaşaçı.
MOİK: 22. Taryel Hüseynov, 6. Emin Mustafayev, 7. Cavidan Ağayev (21. Natiq Əkbərov, 82), 8. Emil Paşayev, 11. Zaur Məmmədov (16. Nicat Tağıyev, 65), 13. Fərid Həşimzadə (k), 15. Elçin Həşimov, 17. Orxan Babayev, 18. Rəfael Qəvami (14. Cavid Rəhimov, 78), 24. Ramil Əliyev, 26. Ruslan Hüseynov.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 2. Rəşad Hacızadə, 4. Vüqar Əsgərov, 5. Ceyhun Adışirinov.
Baş məşqçi: Ramil Əliyev.
Qəbələ: 12. Pavel Dorosevs, 3. Nodar Məmmədov (18. Qoqa Beraya, 80), 6. Lyuba Baranin (k), 7. Yaşar Abuzərov (26. Namiq Əliyev, 90), 8. Bruno da Silva, 9. Bruno dos Anjos, 10. Deon Barton, 14. Milan Antiç, 17. Arif İsayev (19. Branimir Subaşiç, 61), 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 5. Sergey Sokolov, 15. Razvan Tarlea.
Baş məşqçi: Toni Adams.
AZAL - Neftçi - 0:0
Sarı vərəqələr: Elvin Əliyev, 90+3 - Cavid Hüseynov, 88.
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Azər Əsgərov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2010. Saat 14:00. “Şəfa” stadionu. 1500 tamaşaçı
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 13. Draqan Mandiç, 14. Elvin Əliyev, 15. Qvidas Yuska (23. Pius İkedia, 46), 21. Mirko Bunyevçeviç (8. Eleandro Pema, 86).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 16. Samir Abdulov, 17. Vüsal Qarayev, 19. Hüseyn Axundov, 22. Anar Həsənov.
Baş məşqçi: Nazim Süleymanov.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 17. Araz Abdullayev (11. Cavid Hüseynov, 46), 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev, 10. Emil Mpenza (19. Mirhüseyn Seyidov, 76).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 23. Tural Nərimanov, 26. Tərlan Quliyev.
Baş məşqçi: Arif Əsədov.
Qarabağ - İnter - 1:0 (1:0)
Qol: Rauf Əliyev, 45.
Sarı vərəqələr: Devran Ayhan, 90+2 - Arif Daşdəmirov, 78, Aleksandr Çertoqanov, 79.
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2010. Saat 14:00. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1500 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (23. Tural İsgəndərov, 90+1), 7. Namiq Yusifov, 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev (17. Vüqar Nadirov, 64), 11. Rauf Əliyev, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (72. Devran Ayhan, 78).
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 2. Qara Qarayev, 3. Aftandil Hacıyev, 21. Murad Sattarlı.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov (77. Daniel Genov, 87), 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (20. Girts Karlsons, 60), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze (88. Kaxaber Mjavanadze, 74), 21. Arif Daşdəmirov, 32. Robertas Poşkus.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 9. Rövşən Əmiraslanov, 23. Şəhriyar Rəhimov, 44. Valeri Abramidze.
Baş məşqçi: Kaxaber Sxadadze.
Turan - Xəzər Lənkəran - 1:2 (1:1)
Qollar: Allan Lalin, 37 (0:1). Muammer Erdoğdu, 39 (1:1). Stelian Stanku, 70 (1:2).
Sarı vərəqələr: Muammer Erdoğdu, 42, Viktor Qonta, 71, Rəşid Həsənov, 90+1 - Uinston Parks, 85, Asif Məmmədov, 86.
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 4 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2010. Saat 14:00. Tovuz şəhər stadionu. 3000 tamaşaçı.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k) (22. Məhərrəm Müsümzadə, 38), 5. Muammer Erdoğdu, 7. Qalib Əmrahov (11. Azər Məmmədov, 52), 14. Viktor Qonta, 15. Cavid Tağıyev, 18. Hafiz Əliyev, 19. Rəşid Həsənov, 21. Rəşad Orucov (17. Orxan İsmayılov, 77), 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 4. Ruslan Namazov, 9. Rəşad Piriyev, 20. Şəhriyar Xəlilov.
Baş məşqçi: Revaz Dzodzuaşvili.
XL: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Adrian İordaçe, 12. Allan Lalin, 14. Rahid Əmirquliyev, 18. Alim Qurbanov (8. Konstantin Arbanas, 75), 21. Radomir Todorov, 28. Kristian Kabral (11. Asif Məmmədov, 41), 36. Uinston Parks (10. Xaqani Məmmədov, 87), 77. Stelian Stanku.
Ehtiyat oyunçular: 31. Denis Romanovs, 7. Ruslan Poladov, 17. Ramazan Abbasov, 22. David İmedaşvili.
Baş məşqçi: Mirça Rednik.
| 1 | Neftçi | 16 | 10 | 5 | 1 | 30 | - | 7 | 35 |
| 2 | XL | 16 | 10 | 4 | 2 | 19 | - | 8 | 34 |
| 3 | AZAL | 16 | 9 | 5 | 2 | 22 | - | 8 | 32 |
| 4 | İnter | 16 | 8 | 3 | 5 | 13 | - | 11 | 27 |
| 5 | Qəbələ | 16 | 7 | 5 | 4 | 16 | - | 7 | 26 |
| 6 | Qarabağ | 16 | 7 | 3 | 6 | 16 | - | 12 | 24 |
| 7 | Bakı | 15 | 6 | 4 | 5 | 22 | - | 17 | 22 |
| 8 | Gəncə | 15 | 4 | 7 | 4 | 20 | - | 20 | 19 |
| 9 | Muğan | 15 | 3 | 5 | 7 | 7 | - | 16 | 14 |
| 10 | Turan | 16 | 2 | 5 | 9 | 13 | - | 25 | 11 |
| 11 | Simurq | 15 | 1 | 4 | 10 | 9 | - | 25 | 7 |
| 12 | MOİK | 16 | 1 | 2 | 13 | 5 | - | 36 | 5 |
16-cı turun qalan iki oyunu bu gün keçiriləcək:
5 dekabr: GƏNCƏ – MUĞAN, BAKI – SİMURQ
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Junivan Suares (Gəncə) - 8, Qvidas Yuşka (AZAL) – 7, Georgi Adamiya (Qarabağ) - 6...
