4 dekabr 2010 12:24

Qarabağ və XL-nın sabiq məşqçisi keçmiş klublarının çempionluğuna inanmır

Müxtəlif dövrlərdə Xəzər Lənkəran və Qarabağ`ın sükanı arxasında çalışmış Rasim Kara Türkiyə mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, vaxtilə Beşiktaş, həm də Bursaspor üçün tər tökən türk futbolunun əməktar adamı olan Kara, həftəsonu qarşılaşacaq iki keçmiş komandasının oyunu ərəfəsində fikirlərini bölüşüb. Hər iki futbolçu kimi də, məşqçi kimi də çalışan, hazırda isə Türkiyə Futbol Federasiyasında çalışan və azərbaycanlı azarkeşlərə də yaxından tanış olan mütəxəssis prinsipial qarşılaşma öncəsi bunları söyləyib:
 
“Hər iki komandanın gücünü nəzərə alsaq matçın bol qollu keçəcəyini təxmin edirəm. Bursaspor, çempionluğun ən iddialı komandalarındı. “İnönü”yə də qalibiyyət üçün çıxacaq. Amma mən Beşiktaş`ın azarkeşlərinin də dəstəyi ilə qələbə qazanacağını düşünürəm. Düzdü, Beşiktaş doğma meydanda çox xal itirdi. Müdafiə ilə hücum arasındakı əlaqəni heç cür yoluna qoya bilmədilər. Zədələr də onların işinə çox təsir edir. Bursaspor`da Sercan Yıldırım və Volkan Şən, Beşiktaş`da isə Guti ile Holosko matça damgasını vura bilər. Amma bu matça qapıçıların da öz sözünü deyəcəyini düşünürəm. Bursaspor, bu oyunda qələbə qazansa, yoluna əmin addımlarla davam etmiş olacaq. Ancaq Beşiktaş məğlub olsa, bir az da qarışmış olacaq. Liderlərlər xal fərqi də artmış olacaq. Beşiktaş, çempion olmaq istəyirsə fasiləyə kimi bütün matçlarını qazanmalıdır”.
 
Daha sonra hər iki komandanın baş məşqçisi haqqında fikirlərini bölüşən Kara, bunları dilə gətirib: “Bernd Şusterin hər həftə dəyişik bir heyətlə meydana çıxmasını doğru hesab etmirəm. Ondan başqa hansısa işinə qarışmaq istəmirəm. Ertuğrul Sağlam isə, hər şeyi ilə türk məşqçilərini uğurla təmsil edən biridir. Onunla qürur duyuram. Ertuğrul, Avropaya gedəcək səviyyədə bir məşqçidir”.
 
Qarabağ və XL-nın sabiq çalışdırıcısı sonda yeni mövsümün çempionu ilə bağlı proqnozlarını dilə gətirib: “Anadoludan Trabzonspor və Bursaspor çempionluğun ən güclü namizədləridir. Trabzonspor`un başında çox təcrübəli Şenol Güneş var. Futbolçuların bir-birləriylə anlaşması da əladır. Şəhər də çempionluq üçün bütünləşmiş durumdadır. Əgər çox önəmli bir xəta etməzlərsə, Trabzonspor`un çempion olmaması üçün nəsə problem görmürəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.