4 dekabr 2010 00:31
Qarabağ yanvarda Avroliqa iştirakçısıyla qarşılaşacaq
Daha bir Premyer Liqa təmsilçisinin qış fasiləsi dönəmindəki hazırlıq planları məlum olub. Azerisport.az xəbər verir ki, yanvarda yollanacağı Türkiyədə 4 sınaq matçı keçirməyi planlaşdırır. Hazırda həmin rəqiblərdən ikisi məlumdur. Belə ki, Ağdam klubu hazırda Avropa Liqasında çıxış edən Hollandiyanın AZ Alkmaar, həmçinin Ukraynanın Krivbass klubu ilə yoldaşlıq görüşü keçirəcək.
