4 dekabr 2010 00:43
Azərbaycan çempionatının bombardiri mükafatlandırıldı
Qəbələ klubunun əvəzedici komandasının heyətində bürünc müküfatçı olmuş Rəhman Musayev 23 qolla ötən mövsümün bombardiri olmuşdu. Azerisport.az xəbər verir ki, 24 yaşlı futbolçu əvəzedici heyətlərin qaliblərinin mükafatlandırılması mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Futbolçunu uğuru münasibəti ilə təbrik edən Ramin Musayev gənc oyunçuya gələcəkdə Premyer Liqasında da müvəffəqiyyətlər arzulayıb.
