4 dekabr 2010 00:50
AÇ-2012-nin rəsmi talismanlarına adqoydu başa çatdı
AÇ-2012-nin rəsmi talismanlarına adqoyma üçün keçirilən səsvermə yekunlaşıb. Azerisport.az xəbər verir ki, nəticələr şənbə günü, yəni bu gün Kiyev və Varşavada elan olunacaq. Bundan sonra talismanlar Polşa paytaxtında milad işıqlarını yandıracaqlar.
Maraq üçün qeyd edək ki, iki həftə ərzində futbol azarkeşləri təklif edilmiş üç variantdan birini seçə bilərdilər: Slavek - Slavko, Simko - Strimko, Klemek - Ladko. Talismanlara ad vermək imkanından UEFA-nın rəsmi saytının minlərlə oxucusu ilə yanaşı, həmçinin Polşa və Ukraynadan olan azarkeşlər yararlanıblar. Bu, McDonald's şöbələrində və talismanların çempionatın keçiriləcəyi səkkiz şəhərə turnesi zamanı mümkün olub.
