7 dekabr 2010 00:48
Türkiyə çempionatı: Eskişehirspor ən sülhsevər komanda oldu (YENİLƏNİB)
Türkiyə Superliqasında 15-ci turun oyunlarına yekun vurulub. Turun qapanış matçında millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Eskişehirspor səfərdə Kayserispor`la qarşılaşıb və heç-heçə edib. Bununla da həmyerlimizin komandası ən çox bərabərə qalan komandaya çevrilib.
Xatırladaq ki, hesabat turunun ilk oyun günündə cəmi bir qarşılaşma keçirilmişdi. Çempionata liderlik edən Trabzonspor doğma meydanda Bucaspor`u qəbul edib və 2 cavabsız qolla qələbə qazanıb. Manisaspor doğma meydanda qələbə qazanıb. Ankaragücü Sivasspor`la xalları yarı bölüb. Cari mövsümün uğursuz komandalarından Galatasaray isə nəhayət Kasımpaşa ilə qarşılaşmada özünə gəlib. Beşiktaş`la Bursaspor arasındakı mərkəzi qarşılaşmanı isə meydan sahibləri qazanıb. Fenerbahçe də turu qələbəylə başa vurub.
Türkiyə Superliqası
15-ci tur
3 dekabr
Trabzonspor – Bucaspor - 2:0
Qollar: Bulut, 6, Kolman, 77-pen.
4 dekabr
Manisaspor – Gaziantepspor - 2:0
Qollar: Güngör, 39-öz qapısına, Kahe, 45.
Matçın 35 və 90-cı dəqiqələrində qonaqların heyətində müvafiq olaraq Surita və Sosa qırmızı vərəqə alıb.
Ankaragücü - Sivasspor - 1:1
Qollar: Klukovski, 11 - Kılıç, 56.
Kasımpaşa - Galatasaray - 0:3
Qollar: Kyuel, 27, Pino, 44, Santos, 72-öz qapısına.
5 dekabr
Beşiktaş - Bursaspor
Qol: Holosko, 65.
Matçın 45-ci dəqiqəsində Bursaspor`un üzvü Volkan Şen qırmızı vərəqə alıb.
Konyaspor - Genclerbirligi - 2:1
Qollar: Qrayçar, 10, Kere, 84 - Kalkan, 45.
Antalyaspor - İstanbul BB - 1:0
Qol: Tum, 21-öz qapısına.
Fenerbahçe – Karabukspor - 2:1
Qollar: Luqano, 9, Aleks, 17 - Emenike, 47.
6 dekabr
Kayserispor - Eskişehirspor - 2:2
Qollar: Şişmanoğlu, 31, Ali, 83 - Kaya, 9, Eser, 69.
| 1 | Trabzonspor | 15 | 11 | 3 | 1 | 34 | - | 9 | 36 |
| 2 | Bursaspor | 15 | 9 | 4 | 2 | 25 | - | 10 | 31 |
| 3 | Fenerbahce | 15 | 9 | 3 | 3 | 38 | - | 19 | 30 |
| 4 | Kayserispor | 15 | 8 | 5 | 2 | 20 | - | 10 | 29 |
| 5 | Besiktas | 15 | 8 | 3 | 4 | 24 | - | 15 | 27 |
| 6 | Istanbul BB | 15 | 7 | 2 | 6 | 19 | - | 14 | 23 |
| 7 | Antalyaspor | 15 | 6 | 4 | 5 | 17 | - | 18 | 22 |
| 8 | Karabukspor | 15 | 6 | 3 | 6 | 26 | - | 24 | 21 |
| 9 | Galatasaray | 15 | 6 | 2 | 7 | 18 | - | 19 | 20 |
| 10 | Gaziantepspor | 15 | 5 | 5 | 5 | 12 | - | 14 | 20 |
| 11 | Manisaspor | 15 | 6 | 0 | 9 | 20 | - | 24 | 18 |
| 12 | Ankaragucu | 15 | 4 | 5 | 6 | 20 | - | 26 | 17 |
| 13 | Eskisehirspor | 15 | 3 | 7 | 5 | 13 | - | 17 | 16 |
| 14 | Konyaspor | 15 | 3 | 5 | 7 | 17 | - | 25 | 14 |
| 15 | Genclerbirligi | 15 | 3 | 5 | 7 | 13 | - | 23 | 14 |
| 16 | Sivasspor | 15 | 2 | 6 | 7 | 16 | - | 31 | 12 |
| 17 | Bucaspor | 15 | 2 | 5 | 8 | 8 | - | 20 | 11 |
| 18 | Kasimpasa | 15 | 1 | 5 | 9 | 13 | - | 35 | 8 |
