5 dekabr 2010 00:53
Qəbələ`nin bombardiri komandasını dəyişmək istəyir
Qəbələ klubunun gənc hücumçusu Rəhman Musayev komandasını dəyişə bilər. Bu haqda o, azerisport.az-a müsahibəsində məlumat verib:
“Hazırkı vəziyyətdə mən Qəbələ`də daha çox əvəzedicilərin heyətində meydana çıxıram. Məndə bir neçə variant var, ola bilsin ki, qışda komandamı dəyişdim”.
Qeyd edək ki, bu futbolçu ötən mövsüm Qəbələ`nin əvəzedicilərinin heyətində Azərbaycan çempionatının bombardiri olmuşdu. Cari mövsümdə də əvəzedicilərin heyətində çıxış edən Musayev əsas komandada təsadüfi hallarda meydana çıxa bilir.
