5 dekabr 2010 15:16
Qətər DÇ-yə ev sahibliyi hüququnu rüşvətlə qazanıb
FIFA-nın 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu Qətərə verməsinin əks-sədası deyəsən hələ uzun müddət gələcək. Azerisport.az xəbər verir ki, bu dəfə ABŞ-ın “The Wall Street” jurnalı bu məsələdə rüşvət amilini ortaya atıb.
Jurnalın xəbərində bildirilir ki, Argentina Futbol Asossiasiyasının prezidenti, FIFA-nın viste-prezidenti Julio Grondona Qətərin bu hüquqa yiyələnməsi üçün sözügedən ölkənin futbol federasiyasından 78.4 milyon dollar rüşvət alıb. Buna əsas səbəb kimi isə, Grondonanın səsvermə hüququndan ən sonda yararlanması göstərilir. AFA prezidenti isə, bu ittihamları ciddiyə almadığını bildirərək bunları qeyd edib: “80 yaşım var. Bu yaşdan sonra rüşvətxorluq edəcək halım yoxdu”.
