5 dekabr 2010 15:19
Gəncə azarkeşləri: “Neftçi, gəlmə”!
Dekabrın 7-si və 8-də futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu mərhələnin ən maraqlı görüşlərindən biri Gəncə və Neftçi arasında keçiriləcək.
Oyuna üç gün qalmasına baxmayaraq, gəncəli fanatlar qonaqların xoşagəlməz qarşılanacağına işarə vurublar. Muğan`a qarşı bu günkü oyunda gəncəli azerkeşlərin səsləndirdiyi şüarlar belə deməyə əsas verir: “Neftçi, gəlmə”!
Qeyd edək ki, bu iki klub azarkeşləri arasında kəskinlik bakılıların Premyer Liqanın birinci dövrəsində rəqibi 6:2 hesabı ilə darmadağın etdiyi ev oyunundan sonra yaranıb.
