5 dekabr 2010 16:49
“Futbolçular verdiyim tapşırıqları tam olaraq yerinə yetirə bilmədilər”
Muğan`ın baş məşqçisi Bəhmən Həsənov bu gün Premyer Liqanın 16-cı turu çərçivəsində Gəncədə keçirilən eyniadlı komandayla oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Salyan klubunun çalışdırıcısı 0:3 hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
“Oyunun çətin keçəcəyini bilirdik. Futbolçular verdiyim tapşırıqları tam olaraq yerinə yetirə bilmədilər. Gəncə`ni qələbə münasibəti ilə təbrik edirəm, gələcək oyunlarda uğurlar arzulayıram”.
