5 dekabr 2010 16:57
Fuad İsmayılov: İlk altılığa düşmək uğrunda önəmli qələbə qazandıq
Gəncə klubunun baş məşqçisi Fuad İsmayılov bu gün keçirilən Muğan`la ev oyunu haqda fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 16-cı turu çərçivəsində qazandıqları 3:0 hesablı parlaq qələbəylə bağlı gəncəlilərin çalışdırıcısı bunları söyləyib:
“Bu oyuna ciddi hazırlaşmışdıq, qalib gəlməyimiz vacib idi. “İlk altılığ”a düşmək uğrunda önəmli qələbə qazandıq. Futbolçularımız bu gün yaxşı oynadı. Komandadan razı qaldım”.
