5 dekabr 2010 18:42

“Bunu söyləyənlər Neftçi`ni və xalqını istəməyənlərdir”

Neftçi Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayev son vaxtlar Neftçi`yə qarşı olan haqsız çıxışlara və yanlış informasiyalara son qoyulmasını tələb edib. Azerisport.az xəbər verir ki, o, paytaxt klubunun rəsmi saytın açıqlamasında bu haqda aşağıdakı fikirləri səsləndirib:
 
“Biz Neftçi futbol klubunun veteranları doğma komandamıza qarşı yönələn əsassız ittihamları pisləyirik. Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Neftçi haqqında boş-boş, cəfəngiyyat dolu fikirlər səsləndirilir. Bunu söyləyənlər Neftçi`ni və xalqını istəməyənlərdir. Çünki Neftçi xalqın komandasıdır və doğma Azərbaycanımızın ən köklü, adlı-sanlı klubudur”.
 
Abdullayev komandanın hazırkı durumunu da dəyərləndirib: “Hal-hazırda bu klubda yeni rəhbərliyin gördüyü işlər göz qabağındadır. Bu komandada əsl peşəkarlar çalışırlar. Sadıq Sadıqov Neftçi`nin prezidenti olandan sonra komandanın uğurlu çıxışı hamımızı sevindirir. Flaqman xüsusilə bu mövsümkü oyunlarda məzmunlu və hücum futbolu nümayiş etdirir. Heç təsadüfi deyil ki, hal-hazırda Neftçi Premyer Liqada həm məhsuldarlığı, həm də etibarlı müdafiəsi ilə lider komandadır. Klub rəhbərliyinin komandanı gənc mütəxəssis Arif Əsədova tapşırması və ona inanması da bizi sevindirməyə bilməz. İnanırıq ki, Araz Abdullayev, Ruslan Abışov, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Amit Quluzadə, Cavid Hüseynov və digər gənc futbolçular tezliklə futbolumuzun yeni-yeni şanlı tarixini yazacaqlar”.
 
Veteranların rəhbəri sonda bunları vurğulayıb: “Son dövrlər Neftçi`yə qarşı haqsız təzyiqlərin artması biz veteranları narahat edir. Bütün veteranlar Neftçi`nin futbolçularına oyunlarda bundan sonra da uğurlu nəticələr qazanması üçün heç bir təxribata fikir vermədən sonadək mübarizə aparmalarını tövsiyyə edir. Çünki mətbuatda gedən belə mənasız, populist məqalələri yazanlar futboldan anlayışı olmayanlar və qeyri-peşəkarlardır. Neftçi Azərbaycan futbolunun flaqmanıdır və biz veteranlar doğma komandamızı sonadək dəstəkləyəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.