5 dekabr 2010 18:52
Böyükağa Ağayev: Qələbəni Haciyevskiyə həsr edirik
Simurq`un məşqçisi Böyükağa Ağayev bu gün Bakı ilə keçirilən Premyer Liqanın 16-cı turunun oyunuyla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı Bakı üzərində qələbini (1:0) belə şərh edib:
“Oyun çox maraqlı alındı. Gənclərimiz nəyə qadir olduğunu göstərdilər və layiqli qələbə qazandılar. Simurq çempionatda qalmalıdır. Qələbəni Hacıyevskiyə həsr edirik”.
