5 dekabr 2010 19:00
Vinfrid Şefer: İstefaya getmək niyyətində deyiləm
Bakı`nın baş məşqçisi Vinfrid Şefer Simurq`a məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, bu gün doğma meydanda keçirilən qarşılaşmada minimal hesablı yenilgiylə üzləşən almaniyalı mütəxəssis bunları söyləyib:
“İstefaya getmək niyyətində deyiləm. Komanda az səhvlər etmədi, futbolda hər şey olur. “Altılığ”a düşmək şansımız var. Bunun üçün qələbə qazanmaq lazımdır. Ancaq belə bərbad oyunla qələbə qazanmaq mümkün deyil”.
