5 dekabr 2010 17:52
Bakı Simurq`un sensasiyasına mane ola bilmədi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan çempionatında 16-cı turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə cəmi 2 qarşılaşma baş tutub. Günün ilk matçında Gəncə doğma meydanda Muğan`ı qəbul edib və qələbə qazanıb. Turun qapanış oyununda isə son dövrlər dirçəlişdə olan Bakı autsayder Simurq`u sınağa çəkib və gözlənilməz yenilgiylə üzləşib.
Premyer Liqa
16-cı tur
5 dekabr (bazar)
BAKI – SİMURQ - 0:1 (0:1)
Qol: Samir Əliyev, 7.
GƏNCƏ – MUĞAN - 3:0 (2:0)
Qollar: Sabir Allahquliyev, 6 (1:0), Şahin Kərimov, 9 (2:0), Junivan Suares, 55 (3:0).
Bu turun digər 4 oyunu dünən baş tutub:
MOİK - QƏBƏLƏ - 0:3
AZAL - NEFTÇİ - 0:0
TURAN – XƏZƏR LƏNKƏRAN - 1:2
QARABAĞ – İNTER - 1:0
| 1 | Neftçi | 16 | 10 | 5 | 1 | 30 | - | 7 | 35 |
| 2 | XL | 16 | 10 | 4 | 2 | 19 | - | 8 | 34 |
| 3 | AZAL | 16 | 9 | 5 | 2 | 22 | - | 8 | 32 |
| 4 | İnter | 16 | 8 | 3 | 5 | 13 | - | 11 | 27 |
| 5 | Qəbələ | 16 | 7 | 5 | 4 | 16 | - | 7 | 26 |
| 6 | Qarabağ | 16 | 7 | 3 | 6 | 16 | - | 12 | 24 |
| 7 | Bakı | 16 | 6 | 4 | 6 | 22 | - | 18 | 22 |
| 8 | Gəncə | 16 | 5 | 7 | 4 | 23 | - | 20 | 22 |
| 9 | Muğan | 16 | 3 | 5 | 8 | 7 | - | 19 | 14 |
| 10 | Turan | 16 | 2 | 5 | 9 | 13 | - | 25 | 11 |
| 11 | Simurq | 16 | 2 | 4 | 10 | 10 | - | 25 | 10 |
| 12 | MOİK | 16 | 1 | 2 | 13 | 5 | - | 36 | 5 |
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL), Deon Barton (Qəbələ) – 7, Georgi Adamiya (Qarabağ) - 6...
