5 dekabr 2010 00:14
AÇ-2012-nin rəsmi talismanları: Slavek və Slavko
AÇ-2012-nin rəsmi talismanlarına adqoyma üçün keçirilən səsvermənin yekunları açıqlanıb. Azerisport.az xəbər verir ki, nəticələr şənbə günü Kiyev və Varşavada elan olunub. UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, səsvermələrdə 40 mindən artıq azarkeş iştirak edib və onların əksəri əkizlərin Slavek – Slavko adlandırılmasını istəyiblər.
Maraq üçün qeyd edək ki, iki həftə ərzində futbol azarkeşləri təklif edilmiş üç variantdan birini seçə bilərdilər: Slavek - Slavko, Simko - Strimko, Klemek - Ladko. Talismanlara ad vermək imkanından UEFA-nın rəsmi saytının minlərlə oxucusu ilə yanaşı, həmçinin Polşa və Ukraynadan olan azarkeşlər yararlanıblar. Bu, McDonald's şöbələrində və talismanların çempionatın keçiriləcəyi səkkiz şəhərə turnesi zamanı mümkün olub.
Səsvermənin ümumi nəticələri isə belə olub:
Slavek və Slavko - 56%
Simko və Strimko - 29%
Klemek və Ladko - 15%
