5 dekabr 2010 00:20
AZAL üçün “Titanik”
AZAL qış hazırlıq dövrüdə Antalyaya yollanacaq. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi artıq bunun üçün konkret məkan da seçib.
Belə ki, paytaxt təmsilçisi gələn il yanvarın 15-dən 29-dək “Titanik” otelində təlim-məşq toplanışı keçirəcək. Hazırda yoxlama oyunları üçün sınaqçı rəqiblər axtarılır.
Qeyd edək ki, məşqçilərin tərtib etdiyi təlim planına əsasən AZAL 4 yoxlama oyununda (18, 21, 24, 27 yanvar) qüvvəsini sınayacaq.
