5 dekabr 2010 12:48
Vinfrid Şefer artıq indidən Neftçi ilə oyunu düşünür
Son turlarda əldə etdiyi nəticələrlə vəziyyətini yaxşılaşdırmağa başlayan Bakı bu gün 16-cı tur çərçivəsində Simurq`la qarşılaşacaq. Lakin azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı artıq növbəti turun Neftçi ilə oyununu düşünməyə başlayıb:
“Biz gözəl bilirik ki, bu rəqiblə oyunda bizə necə çətin olacaq. Bu, digər tərəfdən həm də bizim üçün gözəl bir şans olacaq. Ancaq hələlik Neftçi haqda danışmaq tezdi”.
