6 dekabr 2010 00:58
“Başa düşmürəm ki, Simurq`a necə məğlub olduq”
Bakı`nın yarımmüdafiəçisi Fabio Luis Ramim futbol üzrə ölkə çempionatının 16-cı turunda Simurq`a məğlubiyyətlə bağlı fikirlərini bölüşüb. Azerisport.az-a müsahibəsində millimizin üzvü bunları söyləyib:
“Başa düşmürəm ki, bu necə baş verdi, biz Simurq`a necə məğlub ola bildik. Vəziyyətlər yaradırdıq, ancaq onlardan istifadə edə bilmədik. Bəxtimiz gətirmədi. Əsas günahı özümüzdə axtarmalıyıq”.
