6 dekabr 2010 13:24
XL Kabralı transferə çıxardı, Xetaqurovla yollarını ayırdı
Xəzər Lənkəran`da bir sıra cari məsələlərə və gələcək planlara həsr olunmuş iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda əsas diqqət qarşıdan gələn qış transfer pəncərəsinə yönəlib. Gündəmdə olan digər məsələ isə uşaq futbolunun inkişaf yolları olub.
Klub prezidenti Mais Mənsimovun baş məşqçi Mirça Rednik ilə məsləhətləşmələrinin yekunlarına dair bir neçə qərarlar qəbul edilmişdir. Həmin qərarlardan biri klubun braziliyalı yarımmüdafiəçisi Kristian Kabralın transferə çıxarılmasıdır.
Həmçinin, Lənkəran klubunun baş həkimi Boris Xetaqurovla da yolların ayrılmasına qərar verilib. Klub rəhbərliyi Boris Naneyeviçə xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
