6 dekabr 2010 01:50

Simurq: hər şey Qurban Qurbanov və Qarabağ üçün

Premyer Liqada daha bir turu arxada qoyduq. Azerisport.az xəbər verir ki, hesabat turunun əsas qarşılaşmaları şənbə günü oynanılsa da, bazar günü keçirilən 2 oyun da az maraq kəsb etmirdi.
 
Son dövrlər əvvəlki kimi özündən söz etdirə bilməyən Gəncə Muğan`ı qəbul edirdi ki, bu qarşılaşmada meydan sahiblərinin nəhayət qələbəsizlik sindromuna son qoymağa çalışacağı gözlənilən idi. Lakin rəqib qeyri-sabit çıxışı ilə seçilən, bəzən hətta favoritləri də büdrədən Muğan olduğundan, bu barədə dəqiq mülahizə yürütmək çətin idi. Axı elə son turda Salyan təmsilçisi ölkə çempionu İnter`i məğlub etməklə, nəyə qadir olduğunu nümayiş etdirmişdi.
 
Amma gəncəlilərin doğma meydanda Salyan klubu üzərindəki 3:0 hesablı qələbəsi hardasa paytaxt təmsilçisi üzərində uğura kölgə salmış oldu. Muğan ən azı həmin qələbəsinin təsadüfi olmadığını sübut etməyə borclu olsa da, bunu bacarmadı. Nəticədə həm də Gəncə bu rəqibiylə arasındakı xal fərqini artırmış oldu ki, əsas məsələ də elə bu idi.
 
Günün digər oyununda – Bakı – Simurq qarşılaşmasında da meydan sahiblərinin rahat qələbəyə sevinəcəyi proqnozlaşdırılırdı. Cari mövsüm cəmi 1 qələbəsi olan, heç kimin sürpriz gözləmədiyi autsayder Simurq`dan paytaxt klubunu büdrətməyi bəlkə heç hazırda ölkəmizdə olmayan komandanın baş məşqçisi Qyoko Haciyevski də gözləməzdi. Lakin yetirmələri məhz onun yoxluğunda, onun üçün böyük bir sürprizə imza atdılar.
 
Karyerasının qürub çağlarını yaşayan Samir Əliyevin erkən və fantastik qolu meydan sahibləri üçün həqiqətən böyük şok oldu. O dərəcədə ki, bakılılar 90 dəqiqənin tamamına kimi həmin şokdan ayılan bilmədilər. Nəticə isə göz qabağındadı. 16-17 yaşlı uşaqların yer aldığı Simurq Bakı üzərində sensasion qələbənin müəllifidir.
 
Bu qələbə gələcəyin komandasını quran Zaqatala klubu üçün nə dərəcədə sevindiricidirsə, Bakı üçün bir o qədər üzücüdür. Hər kəs paytaxt təmsilçisinin artıq özünə gəldiyini düşündüyü bir vaxtda, Simurq sübut etdi ki, Bakı hələ yaydakı olayların təsirindən ayılmayıb. Yeri gəlmişkən, zaqatalalıların bu qələbəsi daha çox həmyerliləri Qurban Qurbanovun komandasının – Qarabağ`ın işinə yaradı. Axı son turlar uğursuzluqlarla üzləşən Ağdam klubu İnter üzərində qələbəylə çox şey əldə etmiş oldu.
 
Premyer Liqa
16-cı tur
 
Gəncə - Muğan - 3:0 (2:0)
 
Qollar: Sabir Allahquliyev, 6 (1:0), Şahin Kərimov, 9 (2:0). Junivan Suares, 55 (3:0).
Sarı vərəqələr: Zura Dzamsaşvili, 45, Ramal Hüseynov, 47, Şahin Kərimov, 54 - Elnur Abdullayev, 45, Novruz Məmmədov, 58, Taqim Novruzov, 60.
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Elşən Durmuşov, Elnur Muradov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
5 dekabr 2010. Saat 14:00. Gəncə şəhər stadionu. 6000 tamaşaçı.
 
Gəncə: 1. Еdis Kurtanoviç, 2. Xəyal Mustafayev (6. Samir Zərgərov, 22), 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 5. Mətləb Məmmədov (3. Vasif Haqverdiyev, 81), 25. Armand Feutçine, 7. Ramal Hüseynov, 13. Zura Dzamsaşvili, 9. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev (8. Georgi Seturidze, 79), 23. Junivan Suares.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 18. İbrahim Hüseynov, 24. Levan Mdvinişvili, 14. Rafael Əmirbəyov.
Baş məşqçi: Fuad İsmayılov.
Muğan: 1. Amil Ağacanov, 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Taqim Novruzov, 7. Elnur Abdullayev (k) (17. Ravi Rəhmanov, 77), 9. Elşən Məmmədov (10. Saşko Pandev, 52), 11. Dan Pisla (19. Zaur Əsədov, 61), 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres, 34. Cavad Mirzəyev, 77. Reis Klaudiney.
Ehtiyat oyunçular: 12. Cavid Səfərov, 8. Tural Axundov, 18. Davit Svanadze, 21. Ceyhun Abdullayev.
Məşqçi: Bəhmən Həsənov.
 
Bakı - Simurq - 0:1 (0:1)
 
Qol: Samir Əliyev, 8.
Sarı vərəqələr: Anqulo Cefersson, 77, Cəmşid Məhərrəmov, 84 - Elnur Abbasov, 51, Qərib İbrahimov, 80.
Hakimlər: Rəhim Həsənov, Azad Q. Hüseynov, İlham Əliyev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
5 dekabr 2010. Saat 16:00. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
 
Bakı: 1. Marko Şarliya, 5. Stefan Borbikoni, 6. Dare Nibombe, 10. Joel Epalle, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo, 77. Aleksandar Soliç (25. Anqulo Cefersson, 73), 85. Jaba, 99. Leonardo Roşa (2. Saşa Kaykut, 59).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 4. Vadim Borets, 7. Mahmud Qurbanov, 21. Emin Cəfərquliyev, 32. Aleksey Savinov.
Baş məşqçi: Vinfrid Şefer.
Simurq: 22. Adnan Hodziç, 5. Elvin Yunusov, 6. Mikayıl Rəhimov (20. Elnur Abbasov, 45+1), 7. Samir Əliyev (k) (9. Əli Bağırov, 61), 8. Qərib İbrahimov, 10. Vasif Əliyev, 14. Anar Həsənli, 15. Elvin Musazadə (11. Yasin Abbasov, 71), 17. Rüstəm Məmmədov, 23. Elçin Xəlilov, 27. Ramil Sayadov.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 19. Azər Səfərli, 28. İlkin Qırtımov, 16. Nəsib Əliyev.
Məşqçi: Böyükağa Ağayev.
 
Bu turun şənbə günü baş tutan oyunlarının nəticələri: MOİK - QƏBƏLƏ - 0:3, AZAL - NEFTÇİ - 0:0, TURAN – XƏZƏR LƏNKƏRAN - 1:2, QARABAĞ – İNTER - 1:0
 
 
1 Neftçi 16 10 5 1 30 - 7 35
2 XL 16 10 4 2 19 - 8 34
3 AZAL 16 9 5 2 22 - 8 32
4 İnter 16 8 3 5 13 - 11 27
5 Qəbələ 16 7 5 4 16 - 7 26
6 Qarabağ 16 7 3 6 16 - 12 24
7 Bakı 16 6 4 6 22 - 18 22
8 Gəncə 16 5 7 4 23 - 20 22
9 Muğan 16 3 5 8 7 - 19 14
10 Turan 16 2 5 9 13 - 25 11
11 Simurq 16 2 4 10 10 - 25 10
12 MOİK 16 1 2 13 5 - 36 5
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL), Deon Barton (Qəbələ) – 7, Georgi Adamiya (Qarabağ) - 6...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.