6 dekabr 2010 14:28
Premyer Liqada daha bir qalmaqal!
Premyer Liqanın 16-cı turunun Turan – Xəzər Lənkəran oyunu bir qədər diqqətdən kənar qalsa da, Tovuzdakı qarşılaşmada böyük qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, matçın əvvəllərində meydan sahibləri hətta matçı yarımçıq dayandırmaq istəyib. Buna isə Xəzər Lənkəran`ın mübahisəli qolu səbəb olub. Məsələ burasınadır ki, yan xətt hakimi həmin vəziyyətdə ofsayda işarə etsə də, baş hakim Fariz Yusifov qolu qeydə alıb.
Lakin Turan futbolçularının təxminən 10 dəqiqə davam edən etirazları sonda bəhrəsini verib. Onların meydandan çıxmaq istəyi hakimin fikrini dəyişdirməsi ilə nəticələnib. Lakin bu qolun qeydə alınmamasına baxmayaraq, Lənkəran klubu sonda 2:1 hesablı qələbə qazanıb.
