6 dekabr 2010 14:36
Stelian Stanku da XL-nın tarixinə düşdü
Premyer Liqanın 16-cı turu Xəzər Lənkəran`ın rumıniyalı futbolçusu Stelian Stanku üçün əlamətdar olub. Azerisport.az cənub klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, Turan`la matçın taleyini həll edən qola imza atmaqla Azərbaycan karyerasında ilk dəfə fərqlənib.
Klubun heyətində ilk uğurunu qeyd edən yarımmüdafiəçi Xəzər Lənkəran`ın formasında qol sevinci yaşayan 62-ci futbolçu olub. Stanku bu siyahıya cari mövsümdə daxil olan 6-cı futbolçu olub. Dieqo Ruis, Elnur Allahverdiyev, Katalin Doman, Konstantin Arbanas və Uinston Parks da Xəzər Lənkəran`dakı qol hesabını çempionatın əvvəlki 15 qarşılaşmasında açmışdılar.
Qeyd edək ki, bu 62 futbolçudan başqa 4 rəqib oyunçusu da bu komanda üçün fərqləniblər. Onlar öz qapılarına qol vurublar.
