6 dekabr 2010 15:07

“Qarşıdakı oyunları rəqibin kimliyindən asılı olmayaraq, qalib başa vurmalıyıq”

Premyer Liqanın 16-cı turunun Simurq`la oyununda minimal hesablı məğlubiyyətlə üzləşən Bakı`nın və millimizin üzvü Luis Ramim azerisport.az saytının suallarını cavabladı:
 
- Bakı`nın Simurq`a məğlubiyyətinin səbəbini nədə görürsən?
- Təəssüf ki, sizin sualınıza mən də cavab verə bilmirəm. Komandamız bu gün özündə deyildi. Qol epizodları yaradırdıq, hücumlar edirdik, ancaq sonunu gətirə bilmirdik. Xüsusilə, ikinci hissədə biz tam şəkildə hücuma atılmışdıq. Bütün bunlara rəğmən xalsız qaldıq. Bəxt bizdən üz döndərmişdi. İstənilən halda məğlubiyyətdə günahkar biz futbolçularıq.
 
- Simurq və gəncləri sizi təəccübləndirdimi?
- Onlar erkən qol vurub, hesabı qorudular. Adətən belə vəziyyətlərdə təcrübəsiz komandalar sonradan qol buraxırlar. Ancaq çox ağıllı oynadılar. Bizə elə ilk hissədə qol vurmaq lazım idi. Bacarmayınca, onların da əminliyi artdı.
 
- Ola bilər ki, bunda keçmiş məşqçiniz Qyoko Haciyevskinin Bakı`nı yaxşı tanıması rol oynadı?
- Mən düşünmürəm ki, Haciyevski bizim komandanı öyrənmək üçün kifayət qədər vaxta malik olub. Bildiyimə görə, atasını itirdiyindən, ölkəsinə gedib və Simurq`u hazırlamağa da vaxtı olmayıb. İstənilən halda, düşünürəm ki, bizdə heç nə alınmadı. Simurq təkcə bizi xalsız qoymadı, bu əsl sensasiyadı.
 
- Bundan sonra Bakı`nın “altılıq”la bağlı perspektivlərini necə qiymətləndirirsən?
- Mən inamımı saxlıyıram ki, biz bu vəzifənin öhdəsindən gələ biləcəyik. Biz daim çempionluq uğrunda mübarizə aparmışıq, bundan sonra da elə olacaq. İndi ilin sonunadək baş tutacaq 3 oyunun hamısında qələbə qazanmaq məcburiyyətindəyik. 9 xal – bu yeganə çıxış yoludu. Bakı`sız “altılıq” maraqlı olmayacaq, bunu hamı bilir.
 
 - Növbəti 3 oyunda qələbə istəsən də, qarşıda sizi Neftçi ilə oyun gözləyir...
- Bizə artıq rəqibin kim olması elə də vacib deyil. Hələ qarşıda bizi Muğan`la ölkə kubokunun oyunu da gözləyir. Bu turniri də yaddan çıxarmaq olmaz.
 
- Həmin Muğan ki, sizə Salyanda qalib gəlmişdi...
- Bəli. Çox istərdim ki, bu dəfə meydan normal vəziyyətdə olsun. Orda oynamaq sadəcə dözülməzdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.